Yoldan keçən sürücülər hadisə yerinə təcili yardım çağırıb Yoldan keçən sürücülər hadisə yerinə təcili yardım çağırıb

Adanada dəhşətli qəza - Ölən və çox sayda yaralanan var

Yoldan keçən sürücülər hadisə yerinə təcili yardım çağırıb

Türkiyənin Adana şəhərində sərnişin avtobusu idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq dərəyə yuvarlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza saat 22:30 radələrində Kozan yolunun Ufacıkören istiqamətində, Adana-Kozan arasında baş verib.

Qəzaya səbəb kimi yağışlı hava səbəbilə yolun sürüşkən olması göstərilir.

Yoldan keçən sürücülər hadisə yerinə təcili yardım çağırıb.

Sərnişinlərdən Fatoş Kızılgözün öldüyü məlum olub.

13 yaralı isə təcili yardım maşınları ilə İmamoğlu, Kozan və mərkəzdəki xəstəxanalara aparılıb.

Təhlükəsizlik qüvvələri qəza ilə bağlı istintaq başladıb.

Pərvanə Ağazadə

AzNews.az

image description