CHP-dən Maltəpədəki səslərin sayılmasının dayandırılmasına etiraz

Etiraz ərizəsi Yüksək Seçki Qurumunun rəhbərliyinə göndərilib

CHP İstanbul Maltəpə 1-ci və 2-ci ilçə seçki qurumunun bu günə qədər terminallarda edilən bütün sayımların ləğvi barədə qərarına etiraz edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin etiraz ərizəsi Maltəpə İlçə Seçki Qurumu vasitəsilə Yüksək Seçki Qurumunun rəhbərliyinə göndərilib.

Ərizədə ilçə seçki qurumlarının yenidən sayım aparılan terminallardakı nəticələri ləğv etməsinin, terminalların bağlanılmasının və yenisinin qurulmasının hüquqi cəhətdən səhv olduğu bildirilib.

Pərvanə Ağazadə

AzNews.az