- Türkiyə
- 24 Aprel 2019 10:02
- 900
Ərdoğan tezliklə Trampla görüşəcəyini bəyan etdi
Görüş Trampın təşəbbüsü ilə baş tutacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bəyan edib.
Bu barədə R.T.Ərdoğan Ankarada jurnalistlərə bildirib.
Dövlət başçısı deyib ki, görüş D.Trampın təşəbbüsü ilə baş tutacaq.
Qeyd edək ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi Ankaranın ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Administrasiyasından da D.Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.(trend.az)
AzNews.az