Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb

Türkiyədə terror törətmiş şəxsə fantastik cəza - 5306 il həbs

Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb

Türkiyədə Reyhanlı qətliamını planlayanlardan olan Yusif Nazikə 5 min 306 il 6 ay həbs cəzası verilib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı ilə Suriyanın Lazkiyə şəhərində həbs edilərək Türkiyəyə gətirilən Yusif Nazikin məhkəmə qarşısına çıxarılıb.

Məlumat üçün əlavə edək ki, Hatay Reyhanlısında 2013-cü ilin 11 may tarixində terror hücumu zamanı 5-i uşaq olmaqla 52 nəfər öldürülüb, həmçinin 28-i uşaq olmaqla 130 nəfər yaralanıb.

Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb.(teleqraf.com)

AzNews.az