"Növbəti seçkilər 31 mart seçkilərindəki şərtlərlə keçiriləcək" "Növbəti seçkilər 31 mart seçkilərindəki şərtlərlə keçiriləcək"

23 iyun seçkilərində yenilik olacaqmı?

"Növbəti seçkilər 31 mart seçkilərindəki şərtlərlə keçiriləcək"

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul Böyükşəhər Bələdiyyə rəhbərliyi uğrunda seçkilərin ləğvi qərarından sonra bütün diqqət 23 iyun seçkilərində nə olacağına yönəlib.

“CNNturk”ün verdiyi xəbərə görə, YSK sədri Sadi Güvən jurnalistlərə açıqlamasında bildirib ki, proses zamanı sadəcə məntəqə seçki komissiyaları dəyişəcək.

“Bundan başqa, hər hansı dəyişiklik olmayacaq. Növbəti seçkilər 31 mart seçkilərindəki şərtlərlə keçiriləcək.

Səs verə bilməyən seçicilərlə bağlı 5 gün öncə, iyunun 18-də siyahıda dəyişiklik edilmədən yanına “səs verə bilməz” yazılacaq.

23 iyun seçkiləri 31 mart seçkilərinin yenilənməsi, təkrarıdır. 31 martda kim səsvermə hüququna sahib idisə, həmin şəxslər səs verəcəklər”.(qafqazinfo.az)

AzNews.az