İki uşaq dünyaya gətirən keçmiş maniken hamiləlikləri səbəbi ilə 107 kilo olub İki uşaq dünyaya gətirən keçmiş maniken hamiləlikləri səbəbi ilə 107 kilo olub

37 kiloqram arıqladıqdan sonra modelliyə qayıtdı

İki uşaq dünyaya gətirən keçmiş maniken hamiləlikləri səbəbi ilə 107 kilo olub

Türkiyəni xaricdə təmsil edən izmirli 39 yaşlı maniken və fotomodel Ceyda Nergiz hədsiz kiloları səbəbi ilə işini buraxmalı olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, modelyerlərlə işləyən Ceyda Nergiz evləndikdən sonra tez bir zamanda kilo almağa başlayıb.

Artıq çəkidən əziyyət çəkən Ceyda Nergiz bel və diz ağrıları səbəbi ilə yataqdan qalxmaqda çətinlik çəkib. İki uşaq dünyaya gətirən keçmiş maniken hamiləlikləri səbəbi ilə 107 kilo olub.

Nəhayət o, mədəkiçiltmə əməliyyatı etmək qərarına gəlib. Bu əməliyyatdan sonra, 80 kiloya düşüb.

İstədiyi bədən fiqurasına çatan keçmiş model keçmiş işinə yenidən dönmək qərarını verib. Hətta o, bir manikenlik agentliyində foto çəkilişləri də edib.

Ceyda Nergiz sağlığının düzəldiyini deyib:

“Əməliyyatdan sonra həm sağlığım, həm də keyfim düzəldi. Studioda foto çəkilişlərim tamamlandı. Həm manikenlik, həm də serial aktrisalığı təkliflərinə hazıram”.

Qeyd edək ki, Ceyda Nergiz 13 yaşında “Şafak Fişek Manikenlik” agentliyində maniken və fotomodel kimi çalışıb.

Səidə Vahid

AzNews.az

image description image description image description image description