Faktla bağlı cinayət işi açılıb Faktla bağlı cinayət işi açılıb

Ölümü mətbuatdan gizlədilirdi, üstü açıldı - FOTOLAR

Faktla bağlı cinayət işi açılıb

Antalya şəhərinin Belek bölgəsində əyləncə mərkəzlərinin birində şoudan öncə məşq edən 3 kolumbiyalı akrobat 12 metr yüksəklikdən yerə yıxılıb.

Hadisə nəticəsində 37 yaşlı Angeliqe Suarez dünyasını dəyişib, digər 2 nəfər xəsarət alıb.

Suarezin təxminən 3 aydır Türkiyədə çalışdığı, cənazəsinin ölkəsinə göndərildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, akrobatın ölüm xəbəri Türkiyə mətbuatından gizli saxlanılıb. Belə ki, Suarezin faciəvi ölümü Kolumbiyada səs-küylə qarşılanıb. Televiziyalar xəbəri Antalya ilə canlı bağlantı quraraq izləyicilərə çatdırıblar. Daha sonra bu xəbər Türkiyə mətbuatında yayılıb.(qafqazinfo.az)

AzNews.az

image description image description