Qatil ərdən şok sözlər - “Sən sadəcə yataqda işimə yarayırsan”

Get, 5 il universitet oxu, sonra qarşıma çıx, dedi

Türkiyənin İstanbul şəhərində qayınanası və həyat yoldaşını öldürdüyü üçün saxlanılan şəxs ilk dəfə məhkəmə qarşısına çıxarılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 41 yaşlı Ç.Mehmet Reşit ondan boşanmaq istəyən 39 yaşlı həyat yoldaşı Ç.Ayşegül və qayınanası Fahime Küçüyü öldürüb.

Bu gün məhkəmə qarşısına çıxarılan Ç.Mehmet Reşit həyat yoldaşının ona “Sənin heç nəyinə ehtiyacım yoxdur. Sən sadəcə yataqda işimə yarayırsan” dediyini iddia edib.

Ç.Mehmet Reşit “Get, 5 il universitet oxu, sonra qarşıma çıx, dedi, mənə. Daha sonra dostları ilə yeməyə gedəcəyini dedi. Daha sonra mübahisə etdik, mənə ağıza alınmayacaq sözlər işlətdi. Əlində bıçaq alıb üstümə gəldi, özümdən asılı olmayaraq belimdəki silahı çıxarıb atəş açdım” deyib.

Təqsirləndirilən şəxs qayınanasının evinə gedib uşaqları görmək istədiyini deyib: “Dilim qurumuşdu, şokda idim. Qayınanam mənə nə olduğunu soruşdu. Dedim ki polisə təslim olacam, qızını vurmuşam. Məni təhqir etməyə başladı, əlinə mətbəx bıçağı aldı üstümə gəldi, ona da atəş açaraq öldürdüm”.

Məhkəmə təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsinə qərar verib.

Nigar CƏFƏR

AzNews.az