Boyun əyməsi tələb olunur Boyun əyməsi tələb olunur

Türkiyə S-400 bəhanəsi ilə siyasi və iqtisadi mühasirəyə alınıb - Baxçalı

Boyun əyməsi tələb olunur

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MSK-nın İstanbul seçkiləri ilə bağlı qərarı haqqında açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, açıqlamasında MSK-nın qərarının mübahisəsiz doğru olduğunu deyib.

“CHP sözçülərinin bu qərarla bağlı hörmətsiz və kobud ifadələri millətin iradəsinə və hüququn əsaslarına dözümsüzlükdür”.

D.Baxçalı ABŞ-ın Nümayəndələr Palatasında qəbul edilən qərar layihəsi ilə bağlı da danışıb:

“Türkiyə S-400 raket müdafiə sistemi bəhanəsi ilə siyasi və iqtisadi mühasirəyə alınıb, boyun əyməsi tələb olunur.

ABŞ Nümayəndələr Palatası Xarici İşlər Komissiyasında qəbul edilən “ABŞ-Türkiyə ittifaqı ilə bağlı narahatlıqların ifadə edilməsi” başlıqlı qərar tamamilə pis niyətin və müttəfiqlik hüququnu heçə sayan zehniyyətin məhsuludur”.

Pərvanə Ağazadə

AzNews.az