Uşağın qucağında hərəkətsiz olduğunun fərqinə varıb Uşağın qucağında hərəkətsiz olduğunun fərqinə varıb

3 günlük uşaq övladlıq edildiyi gün öldü

Uşağın qucağında hərəkətsiz olduğunun fərqinə varıb

Türkiyənin Aydın şəhərində yaşayan 48 yaşlı Ayşe və 35 yaşlı İlhami Şanlıtürk cütlüyünün Muğlanın Milas ərazisindəki ailədən övladlığa götürdüyü 3 günlük oğlan uşağı yolda nəfəs borusunda uşaq yeməyi qalması səbəbi ilə həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İlhami Şanlıtürk illərdir uşaqlarının olmaması səbəbi ilə həyat yoldaşı Ayşe Şanlıtürk ilə övladlığa uşaq götürmək qərarını verib.

Şanlıtürk cütlüyü Muğlanın Milas bölgəsindəki ailənin 3 gün öncə dünyaya gələn “Çınar” adını verdiyi oğlan uşağını övladlığa götürmək istəyib.

Çınarı dünən Milasa gedib alan Şanlıtürk cütlüyü Aydına dönərkən axşam saatlarında avtomobillə yola çıxıb.

Aydın-Muğla yolunda Ayşe Şanlıtürk yemək verməyə çalışdığı uşağın qucağında hərəkətsiz olduğunun fərqinə varıb.

Şanlıtürk cütlüyü uşağı Aydın Qadın Doğum və Uşaq xəstəlikləri xəstəxanasına aparıb.

Burada həkimlərin müdaxiləsinə rəğmən uşağın həyatını qurtarmaq olmayıb.

Polis araşdırma başladıb.

Səidə Vahid

AzNews.az