Hadisə Antalya şəhərində qeydə alınıb Hadisə Antalya şəhərində qeydə alınıb

Məktəbli qızı polis intihardan yayındırdı

Hadisə Antalya şəhərində qeydə alınıb

Türkiyədə 17 yaşlı qız intihara cəhd edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 17 yaşlı C.H. dünən dərsdən çıxaraq dostları ilə dənizkənarı parka gəlib. C.H. qayalıqlara doğru irəlləyərək özünü dənizə atmağa cəhd edib.

Qızın dostları polisə zəng edərək xəbər veriblər. Hadisə yerinə gələn polis 17 yaşlı gənc qızı intihar fikrindən daşındırıb.

Bir müddət parkda oturub ağlayan qız, daha sonra polislər tərəfindən izahatı alınmaq üçün polis bölməsinə aparılıb.

Nigar CƏFƏR

AzNews.az

image description image description