Silah səslərini eşidən vətəndaşlar polisə və təcili yardıma zəng ediblər Silah səslərini eşidən vətəndaşlar polisə və təcili yardıma zəng ediblər

Arvadını və iki uşağını güllələdi, sonra isə... - İstanbulda ailə dramı

Silah səslərini eşidən vətəndaşlar polisə və təcili yardıma zəng ediblər

Türkiyədə Suriya əsilli şəxs həyat yoldaşı və iki uşağını silahla vurandan sonra 5-ci mərtəbədən özünü atıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulda, yerli saatla 19:30 radələrində baş verib.

Suriya əsilli 42 yaşlı ata Ömər Məcid həyat yoldaşı 37 yaşlı Midya Şeyx Mohəmməd ilə mübahisə edib.

Mübahisə zamanı bərk əsəbiləşən Ömər Məcid həyat yoldaşını, 11 yaşlı oğlunu və 9 yaşlı qızını silahla atəş açaraq ağır yaralayıb.

Silah səslərini eşidən vətəndaşlar polisə və təcili yardıma zəng ediblər. Ata Ömər Məcid isə özünü 5-ci mərtəbədən prospektə ataraq intihar edib.

Xəstəxanaya ağır yaralı olaraq aparılan ana və uşaqların sağlamlıq durumu ağır qiymətləndirilir.

Polislər hadisə yerinə yığışan insanları dağıtmaq üçün 2 saat vaxt sərf edib.

Pərvanə Ağazadə

AzNews.az