- Türkiyə
- 13 İyun 2019 15:12
- 1 595
“Heç kim Türkiyəyə ultimatum verə bilməz” - Çavuşoğlu
"ABŞ-ın Türkiyəyə göndərdiyi məktubun üslubunu qəbul etmirik"
''Heç kim Türkiyəyə ultimatum verə bilməz”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.
O vurğulayıb ki, Türkiyə Rusiyadan “S-400” raket sistemini alıb.
“Dövlət başçımız bildirdi, “S-400”lər Türkiyəyə gələcək. Türkiyə belə məktublarla qərarlarından vaz keçməz. Qısa müddətdə müdafiə nazirimiz cavab məktubu yolllayacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ tərəfinin göndərdiyi məktubda Rusiyadan “S-400” Zenit raket komleksini alacağı təqdirdə Türkiyənin “F-35” layihəsindən kənarlaşdırılacağı, iqtisadi cəhətdən itkilər verəcəyi vurğulanıb.(apa.az)
AzNews.az