Hətta bölgədə silahlı qüvvələrin toplanmasıda müşahidə edilir. Hətta bölgədə silahlı qüvvələrin toplanmasıda müşahidə edilir.

Türkiyənin qazıntı işləri aparması Afinada qıcıq yaradır

Hətta bölgədə silahlı qüvvələrin toplanmasıda müşahidə edilir.

Türkiyənin Şərqi Aralıq dənizində qazıntı işləri aparmasını bəhanə edən Yunanıstanın şimal sərhədinə və Egey adalarına silah və hərbi sursat daşıdığı üzə çıxıb.

Bu barədə Yunanıstan mediası məlumat yayıb. Gün batdıqdan sonra Yunanıstanın Epir bölgəsindən hərbi qüvvələrini Şimali Afina (Rafina) limanından Egey adalarına və şimal bölgəsinə göndərdiyi bildirilib.

Məlumatda bir keşişin əsgərlərə xeyir-dua verərək onları gəmiyə yola saldığı qeyd edilib.

Xəbərdə həmçinin Türkiyənin Şərqi Aralıqda qazıntı işləri aparması və Rusiyadan S-400 alması qərarından sonra Yunanıstanın şimal sərhədini və 12 adada mühafizəni gücləndirdiyi yazılıb.(axar.az)

AzNews.az

image description