Namizədlər, həmçinin bir-birilərinə suallar da ünvanlayıblar Namizədlər, həmçinin bir-birilərinə suallar da ünvanlayıblar

Yıldırımla İmamoğlunun canlı yayımda debatı oldu

Namizədlər, həmçinin bir-birilərinə suallar da ünvanlayıblar

İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə namizədlər Binəli Yıldırım ilə Əkrəm İmamoğlu canlı yayımda debata çıxıblar.

Təxminən iki saat davam edən debatda tərəflər mart 31-də keçirilmiş seçkilərdə İstanbulda səsverməsinin ləğv edilməsinin səbəbləri, seçki vədləri, ictimaiyyəti düşündürən problemlər, iqtisadi layihələr, işsizliyin aradan qaldırılması və digər məsələlərlə bağlı aparıcının suallarını cavablandırıblar. Namizədlər, həmçinin bir-birilərinə suallar da ünvanlayıblar.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi Binəli Yıldırım “Cumhur ittifaqı”nın, Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsilçisi Əkrəm İmamoğlu isə “Milliyyət ittifaqı”nın namizədidir.

Debat bir sıra televiziya kanalları və xəbər agentlikləri tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub. Təkrar səsvermə iyunun 23-də keçiriləcək. (Azərtac)