"Dövlət onu öz seçdiyi yerdə dəfn etdi, çünki..." "Dövlət onu öz seçdiyi yerdə dəfn etdi, çünki..."

“Mursi ölməyib, öldürülüb” - Ərdoğan

"Dövlət onu öz seçdiyi yerdə dəfn etdi, çünki..."

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında 20 dəqiqə çırpınıb.

“Haber7.com” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

O bildirib ki, M.Mursi öz əcəli ilə ölməyib, öldürülüb:

“Mursinin vəsiyyəti vardı ki, öz kəndində dəfn etsinlər. Ancaq dövlət onu öz seçdiyi yerdə dəfn etdi. Çünki ondan qorxurlar”.

Xatırladaq ki, Misirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 17-də Qahirədə, məhkəmə salonunda vəfat edib. Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə oradaca keçinib. M.Mursinin ürək çatışmazlığından öldüyü ehtimal olunur.(oxu.az)

AzNews.az