“Derya” ləqəbli terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub “Derya” ləqəbli terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub

Türkiyədə təhlükəli qadın terrorçu yaxalandı

“Derya” ləqəbli terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda daha bir uğurlu antiterror əməliyyatı keçirib.

DHKP-C terror təşkilatına qarşı keçirilmiş əməliyyatda 7 nəfər şübhəli qismində yaxalanıb. Onlardan biri Kamile Kayır adlı təhlükəli qadın terrorçudur. “Derya” ləqəbli bu terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı İstanbul, Kocaeli və Muşda eyni vaxtda keçirilmiş digər bir antiterror əməliyyatında 6 terrorçu yaxalanıb. Bu terrorçuların adları və ləqəbləri Mardində mağarada terrorçulara məxsus ələ keçirilən əşyalar nəticəsində bəlli olub.(AZƏRTAC)

AzNews.az

image description