Türkiyədə əsas ərzaq məhsullarının qiyməti artıb Türkiyədə əsas ərzaq məhsullarının qiyməti artıb

Türkiyədə çay və şəkər tozu bahalaşdı

Türkiyədə əsas ərzaq məhsullarının qiyməti artıb

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, “Türkiyə Şəkər Fabrikləri A.Ş.” bu gün şəkər məhsullarını 16% bahalaşdırdığını elan edib.

Bundan sonra 50 kq-lıq kisədə şəkər alıcılara 3,57 lirədən (1,05 manat) təklif olunacaq.

Şəkərlə yanaşı, qonşu ölkədə quru çayın da qiyməti artırılıb. Bu gündən etibarən Türkiyənin Çay Müəssisələri Baş idarəsi (ÇAYKUR) işçi və əməliyyat xərclərini nəzərə alaraq çayı 15% bahalaşdırdığını bəyan edib.(report.az)

AzNews.az