"CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm" "CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm"

“İstanbulluların qərarının başımız üstündə yeri var” - Ərdoğan

"CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında İstanbulda təkrar bələdiyyə sədrliyi ilə bağlı növbəti açıqlama verib.

“Hürriyet”in məlumatına görə, dövlət başçısı sözügedən seçkinin İstanbula və Türkiyəyə xeyirli olmasını arzulayıb.

“CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm. İstanbul sakinlərinin qərarının başımız üstündə yeri var”, - R.T.Ərdoğan qeyd edib.

Xatırladaq ki, iyunun 23-də İstanbul bələdiyyə sədrliyinə baş tutan yenilənmiş seçkilərdə Millət İttifaqı (CHP) namizədi Əkrəm İmamoğlu rəqibi, Cümhur İttifaqının (AKP) namizədi Binəli Yıldırıma 800 mindən çox səs fərqi ilə qalib gəlib.(oxu.az)

AzNews.az