Özü ata olacağını öyrənəndə sevincdən öldü - Qızı da qəzada

Mutlu ailəsinin körpə həsrəti 7 il sonra sona çatmışdı

Türkiyənin Kastamonu bölgəsində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Milliyet"vxəbər verir ki, minik avtomobilinin TIR-a çırpılması nəticəsində 1,5 yaşlı Ülkü Mutlu ölüb, anası və nənəsi isə yaralı halda xəstəxanaya çatdırılıb.

Baş verən qəza bəzi tükürpədən məqamları da üzə çıxarıb. Bəlli olub ki, Ülkü Mutlu iki il öncə vəfat edən Mutlu Kahramanın qızı olub. Ülkünün atası qızının dünyaya gələcəyi xəbərini eşidən zaman sevincindən infarkt keçirərək ölüb.

Qeyd edək ki, Mutlu ailəsinin körpə həsrəti 7 il sonra sona çatmışdı.(qafqazinfo.az)

AzNews.az