Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub

FETÖ terror təşkilatının dövlət çevrilişinə cəhdin qarşısı alındı - 3 il öncə

Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub

15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.

Demokratiya və Milli Birlik Günü ölkənin hər yerində, o cümlədən ölkə xaricində, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərində qeyd olunur.

Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra FETÖ terror təşkilatına qarşı başladığı anti-terror əməliyyatlarını davam etdirir. İllərdən bəri Silahlı Qüvvələrdə, hüquq-mühafizə, o cümlədən məhkəmə orqanlarında, ayrı-ayrı hökumət strukturlarında köklənən FETÖ-çuların təmizlənməsi prosesi hələ də başa çatmayıb. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq həbs edilənlər arasında minlərlə şəxsə məhkəmə hökmü oxunub.