Hadisə ilə bağlı araşdırmalara başlanılıb Hadisə ilə bağlı araşdırmalara başlanılıb

Türkiyədə kütləvi zəhərlənmə - 156 nəfər...

Hadisə ilə bağlı araşdırmalara başlanılıb

Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə "İhlas" xəbər agentliyi xəbər verir.

Məlumata görə, hadisə Rizə vilayətinin Ardeşen rayonunda, Armağan kəndində keçirilən toy mərasimində qeydə alınıb. Baş gicəllənməsindən və qarın ağrısından şikayətlənən 156 nəfər Kaçkar Dövlət Xəstəxanasına aparılıblar. Lakin xəstəxana bu qədər sayda xəstəni qəbul edə bilmədiyindən onların bir qismi Çayeli, Fındıqlı və Rizə dövlət xəstəxanalarına çatdırılıblar.

Mərasim iştirakçılarının toyuq plovundan zəhərləndikləri ehtimal edilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.(report.az)

AzNews.az