S-400-lərin çatdırılması davam edir S-400-lərin çatdırılması davam edir

Ankaraya S-400-ün 8-ci təyyarəsi gəldi

S-400-lərin çatdırılması davam edir

Ankaraya S-400 Rusiya zenit raket sistemlərinin yeni hissələrindən ibarət olan səkkizinci təyyarə gəldi.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib ki, təyyarə Ankara vilayətindəki Mürted aviabazasına enib.

Bildirilir ki, S-400-lərin çatdırılması davam edir.

Daha öncə deyilmişdi ki, S-400 Rusiya zenit raket komplekslərinin birinci dəstinin əsas komponentlərinin Türkiyəyə tədarükü bir həftə ərzində başa çatacaq.

Babək Göyüş

AzNews.az