Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Türkiyədə yol qəzasında 14 miqrant öldü

Faktla bağlı araşdırma aparılır

Türkiyənin Van vilayətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Vilayətin Özalp rayonunda qanunsuz miqrantları daşıyan avtobus aşıb, nəticədə 14 nəfər həyatını itirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az