Çıxan yanğında ev yararsız hala gəlib Çıxan yanğında ev yararsız hala gəlib

Toydan qayıdanda evlərinin yandığını gördülər

Çıxan yanğında ev yararsız hala gəlib

Türkiyənin Zonguldak şəhərinin Kozlu bölgəsində 3 mərtəbəli evin ən üst mərtəbəsində yanğın olub. Yanğından sonra ev yararsız hala düşüb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saat 22:00-da Demet küçəsində Muhammet Tana aid 3 mərtəəbəli evin ən üst mərtəbəsində hələ ki, məlum olmayan səbəbdən yanğın başlayıb. Pəncərə və balkondan çıxan tüstünü görənlər yanğınsöndürənlərə xəbər verib.

Hadisə yerinə gələn Kozlu və Zonguldak bələdiyyəsinə aid nümayəndələrin təxminən 3 saat sürən müdaxiləsindən sonra yanğın nəzarətə alınıb. Qonşular olayı ev sahibinə xəbər verib. Toydan gələn ev sahibləri gördükləri qarşısında göz yaşlarını tuta bilməyib. Qısa zamandan sonra eyni evdə daha bir yanğının olduğu öyrənilib.

Yanğınla bağlı araşdırma davam edir.

Səidə Vahid

AzNews.az