Hadisə Türkiyədə qeydə alınıb Hadisə Türkiyədə qeydə alınıb

Nəfəs borusuna süd düşən üç aylıq uşaq öldü

Hadisə Türkiyədə qeydə alınıb

Şanlıurfada anası tərəfindən əmizdirilən 3 aylıq Reyhan Yeloğlu südün nəfəs borusuna düşməsi nəticəsində dünyasını dəyişib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Ceylanpınar kəndinin Damlacık məhəlləsində meydana gəlib.

Ana Məryəm Yeloğlu uşağının nəfəssiz qalaraq göyərdiyini görəndə vəziyyəti həkimlərə bildirib.

Təcili tibbi yardımla müalicəyə alınan Reyhan həkimlərin bütün cəhdlərinə baxmayaraq yaşamını itirib.

Mehri Qurbanova

AzNews.az