Onlar bir neçə rezin qayıq vasitəsilə ölkədən getmək istəyiblər Onlar bir neçə rezin qayıq vasitəsilə ölkədən getmək istəyiblər

Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 64 nəfər saxlanıldı

Onlar bir neçə rezin qayıq vasitəsilə ölkədən getmək istəyiblər

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yerləşən Akyarlar və Hüseyinburnu sahillərinə yaxın bölgələrdə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 64 nəfər saxlanılıb.

Türkiyə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların bir neçə rezin qayıq vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.