O, Serkan Bayramdan 50 min türk lirəsi dəyərində təzminat tələb edir O, Serkan Bayramdan 50 min türk lirəsi dəyərində təzminat tələb edir

İmamoğlunun pasportuyla qumar oynadılar

O, Serkan Bayramdan 50 min türk lirəsi dəyərində təzminat tələb edir

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu onun pasportunun seriya nömrəsini gizlətmədən paylaşan AK partiyasının millət vəkili Serkan Bayramı məhkəməyə verib.

İmamoğlu ərizəsində onun vəsiqəsinin seriya nömrəsi ilə qumar oynanıldığını qeyd edib.

Bildirilib ki, naməlum şəxslər seriya nömrəsindən istifadə edərək mərc oyunları saytında hesab açaraq qumar oynayıblar.

Bu səbəbdən İmamoğlu Serkan Bayramdan 50 min türk lirəsi dəyərində təzminat tələb edir.

Serkan Bayram isə bu iddianı qəbul etmir. O, seriya nömrəsinin özü tərəfindən paylaşıldığını bildirib. (Qafqazinfo)