Turistlər yerli restoran və mağazalarda pul xərcləmir Turistlər yerli restoran və mağazalarda pul xərcləmir

Türkiyəli tacirlər “All Inclusive”i məhdudlaşdırmağı xahiş etdilər – Biznesə ziyan vurur

Turistlər yerli restoran və mağazalarda pul xərcləmir

Türkiyənin Side və Alanya kurortlarının tacirləri və sənətkarları Turizm və Mədəniyyət Nazirliyindən hotellərdə “hər şey daxil” (All Inclusive) sisteminin standartlarını yenidən nəzərdən keçirməyi xahiş ediblər.

Bu barədə AzNews.az Rusiyanın tur operatorları Assosiasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, quruma Manaqavt Ticarət-Sənaye Palatası tərəfindən məktub ünvanlanaraq xahiş edilib ki, “hər şey daxil” standartları dəyişdirilsin və bu tipli hotellərin başqa biznesə ziyan vurmayacağı rayonlar müəyyənləşdirilsin.

Palatanın üzvləri bildiriblər ki, “All Inclusive” sistemi onların biznesinə mənfi təsir göstərir, çünki turistlər mehmanxanalardan çıxmır, eləcə də yerli restoran və mağazalarda pul xərcləmir, həmçinin ölkə üzrə səyahət etmirlər.

Bundan başqa, Ticarət-Sənaye Palatasında hesab edirlər ki, “hər şey daxil” standartlarının yenidən nəzərdən keçirilməsi satıcılara və hotellərə müştərilərin pulu hesabına vicdanla rəqabət aparmağa imkan verəcək.

AzNews.az