Şahin Erhan hadisə yerindəcə dünyasını dəyişib Şahin Erhan hadisə yerindəcə dünyasını dəyişib

İntiqam üçün sevgilisinin şəklini yüklədi, öldürüldü - Dəhşət

Şahin Erhan hadisə yerindəcə dünyasını dəyişib

Türkiyədə sevgilisi ilə şəklini "Facebook"da paylaşan 23 yaşlı gənc öldürülüb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərində baş verib.

Belə ki, Şahin Erhan adlı gənc qohumu olan Filiz Erhana aşiq olub. Cütlük evlənməyə qərar verib. Lakin F. Erhanın ailəsi bu evliliyə qarşı çıxıb.

Ş.Erhan intiqam almaq üçün sevgilisi ilə fotolarını "Facebook" hesabında paylaşıb. Bundan sonra qızın ailəsi oğlana bir daha xəbərdarlıq ediblər. Bu dəfə Şahin Erhan qızın yaşadığı evə iki dəfə atəş açıb.

Baş verən hadisələrdən sonra F.Erhan Ş.Erhan ilə münasibətini bitirib. Bir müddət yoxa çıxan oğlan rayona qayıdıb.

Ş. Erhanın qayıtdığını bilən qızın qardaşları onu axtarmağa başlayıblar. Küçədə gördükləri gəncə tüfənglə atəş açıblar. Baş və sinəsinə dəyən güllələr nəticəsində Şahin Erhan hadisə yerindəcə dünyasını dəyişib.

Gül Qədirli

AzNews.az