"Bunun təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyik" "Bunun təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyik"

Suriyadakı Türk hərbi karvanına hava hücumu - Son dəqiqə

"Bunun təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyik"

Suriyanın İdlib şəhərində Türkiyənin hərbi konvoyuna aviazərbə endirilib.

AzNews.az xəbər verir ki, nəticədə 3 dinc sakin həlak olub, daha 12 dinc sakin yaralanıb.

Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyilir:

"9 nömrəli İdlib gözləmə məntəqəsində yerdəyişmə zamanı karvanımıza hava zərbəsi təşkil edildi, 3 mülki şəxs öldürüldü və 12 mülki şəxs yaralandı. Rusiya ilə mövcud müqavilələrə və əməkdaşlığa zidd olan bu hücumu qəti şəkildə pisləyirik".

Müdafiə Nazirliyi lazımi tədbirlərin görülməsini tələb edib:

"Mülki, günahsız insanlara böyük zərər vuran və tədricən insan dramasına çevrilən əməliyyatlar Rusiya Federasiyasının səlahiyyətlilərinin bütün xəbərdarlıqlara baxmayaraq davam edir. Bunun təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyik”.

Gül Qədirli

AzNews.az

image description