Ekspert: “Türkiyə tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib” Ekspert: “Türkiyə tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib”

Türkiyədə kürd bələdiyyə sədrlərinin həbsi - daha betər olacaq...

Ekspert: “Türkiyə tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib”

Türkiyədə 3 bələdiyyə başqanı vəzifəsindən uzaqlaşdırılıb. Bunlar Diyarbəkr Böyükşəhər Bələdiyyə başqanı Adnan Səlcuk Mizraklı, Mardin Böyükşəhər Bələdiyyə başqanı Əhməd Türk və Van Böyükşəhər Bələdiyyə başqanı Bedia Özgökçə Ərtandır.

Yayılan məlumatlarda deyilir ki, buna səbəb adıçəkilən bələdiyyə başqanları barəsində başlanan terrorla bağlı araşdırmalardır.

Araşdırmalar Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılır. Adıçəkilən bələdiyyə başqanlarının terrorçulara maliyyə və texniki dəstək verdiyi bildirilir.

Türkiyə DİN-i bu araşdırmalara başlayanda bəyan etmişdi ki, hər üç bələdiyyə başqanı vəzifələrindən kənarlaşdırılacaq. Belə də olub. Hər üç şəhərin bələdiyyə başqanı vəzifələrindən uzaqlaşdırılıb. Bundan başqa, Diyarbəkr, Mardin və Vanda 350 nəfər bələdiyyə işçisi şübhəli şəxs kimi saxlanılıb.

Hər üç bələdiyyə başqanı PKK-nın siyasi qanadı kimi tanınan HDP-dən seçiliblər.

Türkiyə mediasında isə seçicilərin səsi ilə seçilmiş bələdiyyə başqanlarının bu şəkildə görəvdən alınmasının hüquqi əsaslarının olub-olmadığı dartışılır. Sual qoyulur ki, bu hadisə PKK-ya dəstək verən digərlərinə də dərs sayılacaqmı? Eyni zamanda bu hadisə Türkiyə demokratiyasına zərbə kimi qiymətləndirilə bilərmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə 3 şəhərin bələdiyyə başçısının həbsi heç bir halda Türkiyədə demokratiyaya zərbə sayıla bilməz. Türkiyədə demokratiya ilə bağlı suallar bəlkə də başqa sahələrdə yarana bilər, ancaq terror və terrorçularla mübarizə “demokratiya sıxışdırılır” məntiqinə uyğun deyil. Türkiyə 1980-ci illərdən bu bəladan qurtulmaq istəyir: “Dünyanın ən demokratik ölkəsində də terrorçulara maliyyə və texnik dəstək verən qurumun və ya rəsminin fəaliyyətini davam etdirməyə imkan verməzdilər. Demokratik yolla seçilmiş bələdiyyə başçısı görəvi hələ ona toxunulmazlıq hüququ vermir. Bəziləri deyir ki, terrorçulara dəstək şübhəsi var idisə niyə bələdiyyə seçkilərindən əvvəl və sonra Mardin, Van və Diyarbəkir bələdiyyə başçılarına möhürlər verildi? Bu sualın cavabı da sadədir. Çünki möhür almamışdan əvvəl onlar hələ bələdiyyə başçıları deyildilər və hələ bələdiyyə başçısı səviyyəsində terrorçularla əlaqə qurmamışdılar. Neqativ hallar onların bələdiyyə başçısı dönəmində qeydə alındı. Ona görə də vəzifələrindən uzaqlaşdırıldılar. Türkiyədə hakimiyyətdə Ərdoğan yox, bir başqası olsaydı və ona da bələdiyyə başçılarının terrorçu PKK ilə əlaqələri barədə məlumat çatdırılsaydı, o da daxili işlər nazirinə ”bələdiyyələrlə bağlı tədbir görün" əmrini verəcəkdi. Mənim buna şübhəm yoxdur. Əks halda, gərək PKK-nın şəhərlərdə gücünün artmasına göz yumasan. Buna isə Türkiyədə özünə hörmət edən heç bir siyasətçi razılaşmaz".

kürt belediye başkanları hapis mizraklı ile ilgili görsel sonucu

Adnan Səlcuk Mizraklı Əhməd Türk Bedia Özgökçə Ərtan

E.Şahinoğlu onu da dedi ki, Türkiyə tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib. Türkiyə eyni zamanda 3 istiqamətdə terrorla mübarizə aparır: “Birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət strukturları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib. İkincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bugünlərdə əlavə olunacaq, üçüncüsü, Türkiyə ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir.

Bundan başqa, PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları da neytrallaşdırılır. Təsadüfi deyil ki, Diyarbəkir, Mardin və Van bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırıldı.

Çünki həmin bələdiyyələr bölgə insanının rifahına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək saxlayırmış. Belə hallar keçmiş illərdə də olub.

Türkiyə böyük və güclü dövlətdir, gərəkən halda terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər.

Şübhə etmirəm ki, Avropadan yenə həbslərlə bağlı “Türkiyədə insan haqları pozulur” səsləri eşidiləcək, ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq.

Xalq kimlərisə bələdiyyə başqanı seçibsə, bu, o demək deyil ki, onların terrora dəstək vermək hüququ var". (Musavat.com)