Ərdoğan Menderesi böyük hüznlə yad etdiklərini bildirib Ərdoğan Menderesi böyük hüznlə yad etdiklərini bildirib

Ərdoğan Menderesdən yazdı

Ərdoğan Menderesi böyük hüznlə yad etdiklərini bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Baş Nazir Adnan Menderesin edim edilməsinin 58-ci ildönümündə mesaj yayımlayıb.

Ərdoğan Menderesi böyük hüznlə yad etdiklərini bildirib:

“Mərhum Menderesin demokratiya mübarizəsində atdığı cəsarətli addımlar bizim üçün ilham mənbəyi olmağa davam edir. Edam edilməsinin 58-ci ildönümündə dərin kədərlə yad etdiyimiz Adnan Menderes ömrünü ölkəmizin demokratikləşməsinə, inkişafına həsr edib”.

Qeyd edək ki, Adnan Menderes hərbi çevrilişdən sonra 17 sentyabr 1961-ci ildə asılaraq edam edilib. Onun həbsdə qaldığı müddətdə bir çox işgəncələrə məruz qaldığı deyilir. Menderes Türkiyənin 9-cu və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş ilk Baş Naziri olub.(qafqazinfo.az)

AzNews.az