Tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar Tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar

Türkiyə Rusiyadan qırıcı ala bilər

Tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar

Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin ikinci hissəsinin artıq Türkiyəyə çatdırıldığını qeyd edib.

V.Putin həmçinin hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Putinlə birlikdə “MAKS-2019” hava sərgisində olmuş, “SU-35” və “SU-57” qırıcıları ilə maraqlanmışdı.

Ərdoğan bildirib ki, tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar.(oxu.az)

AzNews.az