"Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və..." "Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və..."

Tramp: “Ərdoğanla dost olduq”

"Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və..."

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında təşkil edilən “Dini azadlığın qorunması üçün qlobal çağırış” konfransına qatılıb.

Türkiyə KİV-i xəbər verir ki, forumda iştirak edən Ağ Ev rəhbəri rahib Endryu Kreyq Bransonun Türkiyədə sərbəst buraxılması məsələsinə toxunub. Tramp bunun üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib:

“Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dost olduq”.

Tramp ABŞ-ın dini azadlıq və ibadət yerlərinin qorunması üçün 25 milyon dollar vəsait ayıracaqlarını da deyib.(qafqazinfo.az)

AzNews.az