Son beş gündə Türkiyə ordusu 2, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib Son beş gündə Türkiyə ordusu 2, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib

"Barış Pınarı": Suriyada 525 terrorçu məhv edildi - YENİLƏNİB

Son beş gündə Türkiyə ordusu 2, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 525 terroçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

16:45

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 490 terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, 440 terrorçu öldürülüb, 26-sı yaralanıb, 24-ü isə təslim olub.

O, qeyd edib ki, son beş gündə antiterror əməliyyatı zamanı Türkiyə ordusu iki, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib. (Report)