"Nəzarət Türkiyə Silahlı Qüvvələrində olacaq" "Nəzarət Türkiyə Silahlı Qüvvələrində olacaq"

Bu ikiüzlülük tarixə ləkə kimi düşəcək - Ərdoğandan Qərbə sərt mesaj

"Nəzarət Türkiyə Silahlı Qüvvələrində olacaq"

“Barış Pınarı” hərəkatına bir gündə hazırlaşmadıq".

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən “Barış Pınarı” hərəkatı və dünən ABŞ-la əldə olunan razılaşma haqqında danışarkən deyib.

“Barış Pınarı” hərəkatına bir gündə hazırlaşmadıq. Onun üçün 3-4 il vaxt sərf etmək lazımdır. Hərəkatdan bir gecə əvvəl Trampa bu haqda məlumat verdim.

Türk ordusu qısa müddət ərzində 30 kilometr içərilərə daxil olanda ABŞ və Avropa ölkələrinin mövqeyi birdən dəyişdi. Bu ikiüzlülük tarixə ləkə kimi düşəcək, bunu bilsinlər.

Hərəkata dünən axşamdan etibarən 120 saatlıq fasilə verdik. Bu arada terroristlərin əllərindəki silahlar yığılacaq, qurduqları tələlər məhv ediləcək və yaratdığımız təhlükəsiz bölgədən çıxacaqlar. Nəzarət Türkiyə Silahlı Qüvvələrində olacaq.

Təhlükəsizlik qüvvələrimiz bu işlər bitənə qədər ordan çıxmayacaq”.

Pərvanə

AzNews.az