"Onları kimsə qəbul etməyən vaxtda biz qəbul etdik" "Onları kimsə qəbul etməyən vaxtda biz qəbul etdik"

Ərdoğan "kürdləri vurmayın" deyən senatora sərt cavab verdi

"Onları kimsə qəbul etməyən vaxtda biz qəbul etdik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi 1 saat 15 dəqiqəlik təkbətək görüşündən sonra, liderlər heyətlərlə birlikdə görüşüblər.

Görüşdən sonra prezidentlər ABŞ Konqresinin senatorlarının suallarını cavablandırıblar.

Türkiyənin həyata keçirdiyi "Barış Pınarı" əməliyyatına qarşı çıxan senator Qrahamın da iştirak etdiyi toplantıda Ərdoğan sualları cavab verib.

Senatorlardan biri "Burada olmağınızdan məmnunuq. Türkiyə və ABŞ dost və müttəfiqdir. Eyni zamanda qayğılarımız da var. Bunlardan biri S-400-lərdir. İkincisi, kürdlər məsələsi. Onlar ABŞ-ın düşmənlərinə qarşı vuruşdular. Türkiyənin onlara hücum etməməsini istəyirik" deyib.

Ərdoğan senatorun kürdlərlə terrorçuları qarışdırdığını deyib.

"Xüsusilə burada iki şeyi bir-birindən ayırmaq lazımdır. Kürdlərlə terrorçuları. Kürdlər bizim vətəndaşımızdır. Onların yaşadıqları bölgələrə etdiyimiz yatırımları yerində görüb, qiymətləndirə bilərsiniz. Obama dönəmində Kobanidən ölkəmizə qaçıb gələn 350 min kürd var. Onları kimsə qəbul etməyən vaxtda biz qəbul etdik. Onların geyimi, yemək və içmək, təhsil haqqını ödəyirik. Heç kim onlara dəstək vermədi və vermir. Sizin kürd deyə tanıtmaq istədiyiniz terror təşkilatı PKK/YPG-dir. Sizin qəbul etdiyiniz Fərhad Abdi terror qruplaşmasının rəhbəri Öcalanın mənəvi oğludur. Mən sizə özəlliklə bəzi sənədləri vermək istəyirəm. Bunları bilmənizdə fayda var"- Ərdoğan belə deyib. (Avropa.info)