Təqdimat mərasimi dekabrın 19-da Prezident Sarayında Ərdoğanın iştirakı ilə keçiriləcək Təqdimat mərasimi dekabrın 19-da Prezident Sarayında Ərdoğanın iştirakı ilə keçiriləcək

Türkiyədə ədəbiyyat üzrə mükafatı bu yazıçı aldı

Təqdimat mərasimi dekabrın 19-da Prezident Sarayında Ərdoğanın iştirakı ilə keçiriləcək

2019-cu il üçün Türkiyə Prezidentinin mədəniyyət və incəsənət mükafatlarının laureatlarının adları elan edilib.

Anadolu agentliyinə istinadla xəbər verilir ki, ədəbiyyat üzrə mükafata bu il vəfat etmiş tanınmış yazıçı Nuri Pakdil layiq görülüb. Musiqi nominasiyasında Prezident mükafatı isə məşhur MFO qrupunun üzvləri Mazhar Alanson, Fuat Güner və Özkan Uğura təqdim ediləcək. Bundan başqa, Məsud Ucakan kinematoqrafiya, Devrim Erbil rəssamlıq, Fuat Başar kalliqrafiya, Doğan Kuban arxitektura sahəsində uğurlarına görə yüksək mükafata layiq görülüblər.

İslam tarixi və mədəniyyəti üzrə apardığı elmi tədqiqatlara görə Əhməd Yaşar Ocak sosial elmlər nominasiyasında mükafatın laureatı olub. Dünyasını dəyişmiş daha bir mədəniyyət xadimi – Mədəniyyət və Turizm nazirinin keçmiş müavini Əhməd Haluk Dursun da Prezident mükafatına layiq görülüb.

Mükafatların təqdimatı mərasimi dekabrın 19-da Prezident Sarayında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.

AzNews.az