Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb

Qızın arxasına keçib... Şok edən o anlar kameralara düşdü

Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb

Türkiyənin Adana şəhərində gənc qızın telefonunu oğurlayan şəxs ikinci oğurluq cəhdindən sonra tutulub.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Mərkəz Seyhan bölgəsi, Bakımyurdu küçəsində 17 yaşlı L.Z.Y. telefonla danışan zaman arxadan yaxınlaşan bir şəxs əlindən telefonu alıb qaçıb.

Bütün bu olanlar küçədəki nəzarət kameralarına düşüb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisə 6 gün sonra təkrarlanıb. Belə ki, elə həmin küçəyə yaxın ərazidəki Kuruköprü məhəlləsində 44 yaşlı Melike D-nin telefonunu da eyni üsulla oğurlamaq cəhdi olub. Lakin qadının qışqıraraq ətrafdakılardan kömək istəməsini görən oğru telefonu alamadan qaçıb.

Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb. Hər iki hadisədən şübhəli bilinən 22 yaşlı Muhammet Hüseyin A. olduğu məlum olub.

Hüseyin A.-nın oğurlayıb satdığı telefon tapılaraq sahibi L.Z.Y-yə təhvil verilib.

Səidə Vahid

AzNews.az