S-400 mövzusunda tərəflərin fikirləri fərqli olsa da, danışıqlar davam edir S-400 mövzusunda tərəflərin fikirləri fərqli olsa da, danışıqlar davam edir

ABŞ zəmanət versə, “Patriot” da almaq istəyərik - Çavuşoğlu

S-400 mövzusunda tərəflərin fikirləri fərqli olsa da, danışıqlar davam edir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 məsələsində ABŞ-la danışıqların hələ də müsbət nəticə vermədiyini açıqlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Somalinin Xarici İşlər naziri Əhməd İsa Avadla birgə keçirdiyi mətbuat konfransında Türkiyə XİN başçısı bildirib ki, S-400 mövzusunda tərəflərin fikirləri fərqli olsa da, danışıqlar davam edir.

“Brüsseldə NATO Xarici İşlər nazirlərinin görüşü çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə bu barədə söhbətimiz oldu. ABŞ zəmanət versə, “Patriot” da almaq istəyərik. Düşünürəm ki, ABŞ-la münasibətlərimizi normal şəkildə davam etdirə bilərik”, - deyə M. Çavuşoğlu vurğulayıb.

O xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a son səfəri zamanı Ağ Ev rəsmiləri ilə ən çox S-400-lə bağlı müzakirələr aparılıb, lakin razılıq əldə olunmayıb.

AzNews.az