Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub

Ərdoğan AVRO-2020-də Türkiyənin oyunlarını Bakıda izləyəcək

Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub

“AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də ATV telekanalının canlı efirində verdiyi müsahibəsində bildirib.

O, Türkiyə futbolu ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu matçları birlikdə seyr etməyi düşünür: “Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq”.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyunun 12-də start götürəcək.

Oyunlar Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq. Yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçları start fiti 17:00, 20:00 və 23:00-da veriləcək.

A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri - Uels və İsveçrə arasındakı matç 17:00-da başlayacaq. Qardaş Türkiyə millisinin bu yığmalarla oyunları isə 20:00-da start götürəcək.

AzNews.az