"Lazım olsa, Türkiyə quruda, dənizdə və havada Liviyanın qanuni hökumətinə dəstək verəcək" "Lazım olsa, Türkiyə quruda, dənizdə və havada Liviyanın qanuni hökumətinə dəstək verəcək"

Ərdoğan Türkiyənin Liviyada hərbi əməliyyatlarda iştirak edə biləcəyini bəyan etdi

"Lazım olsa, Türkiyə quruda, dənizdə və havada Liviyanın qanuni hökumətinə dəstək verəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Türkiyə və Liviya arasında Aralıq dənizində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan müqavilənin qanuni olduğunu bəyan edib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, 10 il əvvəl hakimiyyətdə olan Liviya lideri Müəmmmər Qəddafi ilə iki ölkənin Aralıq dənizindəki sərhədləri ilə bağlı razılaşma əldə olunub.

R. T. Ərdoğan həmin dövrdə Liviyada baş verən olayların, M. Qəddafinin hakimiyyətdən devrilməsinin tərəflərin razılaşmaya imza atmasını təxirə saldığını söyləyib: Bölgədəki qarşıdurmalar səbəbindən həmin dövrdə razılaşmamızı hüquqi müstəvidə imzalamaq mümkün olmadı. İndi isə Liviyanın qanuni hökuməti ilə Aralıq dənizində iki ölkənin sərhədləri mövzusunda razılığa gəlmişik və müqavilə imzalamışıq. Türkiyə Liviya ilə bağladığı müqavilədən geri çəkilməyəcək. Əgər geri çəkilsək, Aralıq dənizində bizə bir yer qoymazlar. Heç bir ölkə Aralıq dənizindəki haqlarımızı qəsb etmək niyyəti ilə qarşımıza gəlməsin. Biz Aralıq dənizindəki haqlarımızı qorumaq üçün sonuna qədər mübarizə aparmağa hazırıq. Aralıq dənizində ən böyük sahili olan Türkiyənin dənizdə yalnız 1 faiz hissə ilə razılaşmasına ümid etmək yersizdir”.

R. T. Ərodoğan Türkiyə və Liviya arasında imzalanan və Türkiyə Böyük Millət Məclisində qəbul edilən hərbi sazişə də toxunub: "Türkiyə Aralıq dənizində sərhədi olduğu Liviyada Mustafa Kamal Atatürk də döyüşüb. Bu gün bəziləri deyir ki, Liviyada nə işimiz var? Mustafa Kamal Atatürkün nə işi vardı?! Liviya lazım gələrsə, qanımızla yer almalı olduğumuz bir ölkədir. Son dövrlər Türkiyə Liviyaya dəstəyini artırıb. Lazım olsa, Türkiyə quruda, dənizdə və havada Liviyanın qanuni hökumətinə dəstək verəcək. Bəziləri Liviyanın qanuni hökumət əvəzinə savaş baronuna sahib çıxırlar”.(apa.az)

AzNews.az