Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək

Türkiyə daha 6 sualtı qayıq istifadəyə verəcək

Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Piri Reis” sualtı qayığının dənizə buraxılması mərasimində çıxışı zamanı bildirib.

R. T. Ərdoğan deyib ki, 2022-ci ildən Türkiyə Hərbi Dəniz Qüvvələrinə hər il bir sualtı qayıq təhvil veriləcək və ümumilikdə 6 sualtı qayıq tikiləcək.

Qeyd edək ki, bu gün istifadəyə verilən “Piri Reis” sualtı qayığının kütləsi 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Qayığın komanda heyəti 40 nəfərdir. Hazırda üzərində texniki təchizat işləri görülən “Hızır Reis” isə 2022-ci ildə suya buraxılacaq. Tikintisi davam edən üçüncü və dördüncü sualtı qayıq yüksək manevr qabiliyyətinə və uzun müddət su altında qalmaq imkanlarına malik olacaq. Sualtı qayıqlar müasir torpeda kompleksi ilə təchiz olunub, qurudakı hədəfləri də məhv etməyə qadirdir. Eyni zamanda mina düzmək və raket zərbəsi endirmək imkanına malikdir.(apa.az)

AzNews.az