"Mümkün olan ən qısa vaxtda sabitlik təmin edilməlidir" "Mümkün olan ən qısa vaxtda sabitlik təmin edilməlidir"

Ərdoğan tunisli həmkarı ilə Liviyanı müzakirə etdi

"Mümkün olan ən qısa vaxtda sabitlik təmin edilməlidir"

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisdə səfərdə olub.

Səfər çərçivəsində Türkiyə Prezidenti tunisli həmkarı Qeys Səid ilə görüşüb.

Görüşdə dövlət başçıları Liviyada sülhün əldə olunması məqsədi ilə mümkün addımları müzakirə ediblər.

Həmçinin söhbət zamanı iki ölkə arasındakı əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Liviyada sülhün əldə olunmasının bölgə üçün xüsusi önəm daşıdığını vurğulayıb. Tunisin Liviyada sabitliyin təmin olunmasında konstruktiv mövqe tutacağına inandığını bildirib. Türkiyə Prezidenti əlavə edib ki, mümkün olan ən qısa vaxtda sabitlik təmin edilməlidir.(AZƏRTAC)

AzNews.az