Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb

Türkiyənin neft idxalı artıb

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb

Türkiyə xam neft idxalını artırıb.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, oktyabrda Türkiyənin neft və neft məhsulları idxalı keçən ilin eyni ayına nisbətən 20,64 faiz artaraq 4 milyon 216,4 min ton olub. Ay ərzində xam neft idxalı isə 47,74 faiz çoxalaraq 3 milyon 3,5 min ton təşkil edib.

Türkiyə oktyabrda Rusiyadan 1 milyon 191,2 min ton, İraqdan 957,6 min ton, Qazaxıstandan isə 247,4 min ton neft alıb.

Qeyd edək ki, Türkiyə ötən il 38 milyon 711 min ton, 2017-ci ildə 42,7 milyon ton, 2016-cı ildə 40 milyon ton, 2015-ci ildə 39,6 milyon ton, 2014-cü ildə 32,6 milyon ton və 2013-cü ildə isə 18,6 milyon ton neft və neft məhsulları idxal edib.(AZƏRTAC)

AzNews.az