"Adını çəkmək belə bizə haramdır" "Adını çəkmək belə bizə haramdır"

Ərdoğan Trampın İdliblə bağlı açıqlamasına cavab verib

"Adını çəkmək belə bizə haramdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında iştirak edib.

AzNews.az xəbər verir ki, o, iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb.

R.T.Ərdoğan ABŞ Prezidenti Donald Trampın “Ərdoğanla İdlib mövzusunda birlikdə işləyirik” açıqlamasına cavab verib.

“Hər an hər cür həmrəylik sərgiləyə bilərik”, - deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan yenidən çevrilişə cəhdlə bağlı iddialar haqqında da danışıb:

“Bu ölkə 15 iyulu yaşadı. Bunu yaşadanlara lazımı cavabı da mənim millətin verdi. Bundan sonra da belə bir şey baş versə, bədəlini artıqlaması ilə ödəyəcəklər. Belə bir şey yoxdur. Adını çəkmək belə bizə haramdır”, - o vurğulayıb.

Pərvanə