Evində və Leventdəki iş yerində axtarış aparılıb Evində və Leventdəki iş yerində axtarış aparılıb

Mübariz Mənsimovun hansı FETÖ-çülərlə əlaqələri var imiş? – “Təqvim” yazdı

Evində və Leventdəki iş yerində axtarış aparılıb

“Palmali Group” şirkətinin təsisçisi Mübariz Mənsimovla şirkətin direktoru Nuray Nurcihan Perker İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.

AzNews.az “Takvim”ə istinadən xəbər verir ki, şübhəli şəxs kimi saxlanılan iş adamının Beşiktaş səmtində yerləşən evində və Leventdə yerləşən iş yerində axtarış aparılıb.

667 saylı qərarla bağlanan Türk-Rus vəqfinin qurucusu olan Mübariz Mənsimovun FETÖ-nün başçılarından Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə sıx telefon əlaqəsinin olduğu, FETÖ ilə əlaqəli olduğu üçün Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətinin üzvü olduğu məlum olub.

M.Mənsimovun FETÖ-nün Rusiya imamı olan “Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqəsinin olduğu, Vuralın Mənsimovun şirkətinə tez-tez getdiyi, onun şirkətə gəlməsi ilə siqnal bloklayıcısı olan Jammer cihazının aktivləşdirdirildiyinə diqqət çəkilib.

M. Mənsimovun Ahmet Hamdi Vural ilə çox sıx əlaqədə olduğu və birlikdə səyahət etdikləri məlum olub.

Haqqında həbs qərarı verilən FETÖ-çü Muammer İhsan Kalkavanın da M. Mənsimovun şirkətinə tez-tez getdiyi və hətta şirkətin ortağı kimi davrandığı bildirilib.

Mənsimovun FETÖ-nün hüquq sahəsindəki kosmik təşkilatı olan Yüksel-Karkın-Küçük (YKK) vəkillər bürosu ilə təmasda olduğu məlum olub. İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovun bütün işlərini idarə etdiyi və bütün əməliyyatları birlikdə idarə etdikləri müəyyən edilib.