Türkiyədə koronavirus qurbanlarının sayı 812 oldu

Bu gün 87 nəfər virusa məğlub olub. 4117 nəfərdə isə yeni yoluxma halı aşkarlanıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə yüksəlib.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb. Bu gün 87 nəfər virusa məğlub olub. 4117 nəfərdə isə yeni yoluxma halı aşkarlanıb.

Bununla da koronavirus xəstələrinin sayı 38 min 226 nəfər olub.