“İlk məlumata görə, heç bir ziyan müşahidə olunmayıb" “İlk məlumata görə, heç bir ziyan müşahidə olunmayıb"

Türkiyədə 5,4 ballıq zəlzələ oldu

“İlk məlumata görə, heç bir ziyan müşahidə olunmayıb"

Türkiyənin Van şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

AzNews.az "TRT Haber”ə istinadən xəbər verir ki, Fəlakət və Təcili Yardım Rəhbərliyinin məlumatına görə, Vanın Özalp mahalının mərkəzində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yerin 6,9 kilometr dərinlikdə baş verib. Van şəhərinin icra başçısı Mehmet Emin Bilməz hazırda zəlzələnin episentri olan Özalp rayonunda heç bir dağınıtının olmadığını bildirib.

Daxili İşlər naziri Süleyman Soylu da Tvitter hesabında zəlzələ ilə bağlı açıqlama verib: “İlk məlumata görə, heç bir ziyan müşahidə olunmayıb. Kəndlər də araşdırılır. İndiyə qədər kəndlərdən yalnız bir evin qismən dağıldığı bildirilib. Gedişatla bağlı Van rəhbərliyi tərəfindən ictimaiyyətə məlumat veriləcək”.